“Təhsil sistemində artan yük uşaqlarda psixoloji gərginlik yaradır” - PSİXOLOQ DANIŞDI
"Təhsil alan uşaqların yaş xüsusiyyətləri və fərdi xüsusiyyətləri hər zaman nəzərə alınmır. Amma təəssüf ki, bəzən, xüsusən də son dövrlərdə daha çox aktivləşmiş təhsil sistemi daha çox məlumatlılıq və yeni texnologiyalar bəzi şagirdlərdə çətinlik yaradır". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, həm öyrənmə çətinliyi yaradır, həmçinin də psixoloji olaraq adaptasiyalarını çətinləşdirir: "Düşünürəm ki, əsasən ibtidai sinifdə, məktəbəqədər müəssisələrdə təhsil sistemi daha yüngülləşsə, çox yaxşı olar. Çünki uşaqların əksəriyyəti bu dövrlərdə daha çox travma alır və öyrənmə çətinliyi olan uşaqlar daha çox bu dövrlərdə əziyyət çəkirlər.
Daha böyük siniflərdə artıq adaptasiya prosesi gedir deyə, onlarda bu artıq çətinləşmir. Əlbəttə ki, dərs yükünün çox olması, imtahanların çox olması, təhsildə tələbatın çox olması uşaqlarda psixoloji gərginlik, narahatlıq yaradır.
Ümumiyyətlə, mən öz təcrübəmdə görmüşəm ki, daha çox aşağı yaşlı sinifdəki uşaqlar valideynlər tərəfindən tez-tez sınaqlara cəlb olunan, tez-tez müxtəlif hazırlıqlara qoyulan uşaqlarda gərginlik daha çox olur. Bir də yuxarı siniflərdə onlar il ərzində, illər ərzində düzgün sistemlə oxumadıqlarına görə və yaxud da ki, düzgün istiqamət almadıqlarına görə dərs yükü birdən-birə artır və 9, 10, 11-ci sinifdə çox gərgin, həyəcanlı və panik atak həddinə çatacaq qədər narahatlıqlar yaşayırlar.
Düşünürəm ki, bəzən burada uşaqlarda yemək çətinlikləri də yaranır, qida problemləri yaranır. Psixoloji olaraq həyəcan, təşviş, qorxular yaranır. Bəziləri çox həddən artıq kilo itirir, bəziləri isə əksinə, daha çox yeməyə meyilli olurlar. Kiçik yaşlı uşaqlarda da bu dövrlərdə həyəcan səbəbindən dırnaq yemə, üzərində olan paltarlarda olan etiketi oynatmaq, saç oynatmaq kimi bəzi davranış pozuntuları yaranır.
Amma ümumən götürəndə uşaqların tipik uşaqlara aid edirəm. Əlbəttə ki, bu fikirlərimi a tipik uşaqlarla isə təhsil sistemində çox böyük çətinliklər olur. Düzdür, inklüziv təhsil növü var, amma yenə də bu tam formalaşmalıdır ki, atipik uşaqlarda təhsil ala bilsinlər və gərginlik yaşamasınlar".
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)


USD
EUR
GBP
RUB