Dünyanın ən reytinqli pasportları - biz hansı sıradayıq?

Dünyanın ən reytinqli pasportları - biz hansı sıradayıq?

Henley & Partners dünyanın ən dəyərli pasportlarının yeni reytinqini açıqlayıb. Henley & Partners şirkətinin hazırladığı Dünya Pasportları Dəyər İndeksinə əsasən, Azərbaycan siyahıda 70-ci yerdə qərarlaşıb. Reytinq hazırlanarkən pasportun təmin etdiyi sərbəst hərəkət imkanları və vizasız səfər edilə bilən ölkələrin sayı əsas götürülür.

Yeni siyahıya görə, Azərbaycan pasportu ilə 67 ölkəyə vizasız səyahət etmək mümkündür. Gürcüstan 121 ölkəyə vizasız giriş imkanı ilə 44-cü, Ermənistan isə 64 ölkə ilə 73-cü yerdə qərarlaşıb.

Reytinqə 192 ölkəyə vizasız giriş imkanı ilə Sinqapur başçılıq edir. İsrail 18-ci (166 ölkə), Rusiya 47-ci (114 ölkə), Türkiyə isə 48-ci (112 ölkə) pillədə yer alıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə