Avropada müşahidə olunan iqlim prosesləri, havanın temperaturunun kəskin dəyişməsi əsasən Şimali Atlantika üzərindən hava kütlələrinin, siklonların, antisiklonların həmin ərazilərə daxil olması ilə əlaqədardır. Ölkəmizin, xüsusilə, Xəzər dənizi hövzəsinin həmin əraziyə daxil olması səbəbindən oxşar proseslərin burada da müşahidə edilmə ehtimalı yüksək və gözləniləndir, lakin temperatur göstəriciləri relyefə görə fərqlənir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, professor Əmir Əliyev deyib.
“Azərbaycanda son günlər qeydə alınan temperatur yüksəlməsi Avropada müşahidə olunan proseslərlə, bilavasitə Şimali Atlantika üzərində əmələ gələn hava kütlələrinin bizim ərazilərə daxil olması ilə sıx əlaqədardır. Ona görə Avropada qeydə alınan iqlim prosesləri Azərbaycanda da özünü göstərir. Həmçinin Azərbaycana həm də cənubdan hava kütlələri daxil olur. Cənubdan daxil olan isti hava kütlələri onlara qarışaraq Azərbaycanda hava şəraitini təyin edir. Bu nöqteyi-nəzərdən Azərbaycanda müşahidə edilən temperatur göstəriciləri, yəni temperatur yüksəlmələri bilavasitə həmin proseslərlə bağlıdır”, - deyə Ə.Əliyev diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə


USD
EUR
GBP
RUB