"Qəbuledilməzdir" - Türkiyədən İsrailə QINAMA

"Qəbuledilməzdir" - Türkiyədən İsrailə QINAMA

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İsrailin "Əl-Əqsa" məscidinə hücumunu pisləyib. Türkiyə XİN bununla bağlı bəyanat yayıb.

SİTAT"İsrailli bir nazirin təhlükəsizlik qüvvələrinin mühafizəsi altında Əl-Əqsa məscidinə təşkil etdiyi basqını ən qəti şəkildə qınayırıq", - bəyanatda bildirilib və qeyd olunub ki, Qüdsdəki müqəddəs məkanların tarixi və hüquqi statusunu pozmaq qanuna ziddir.

Türkiyə XİN-dən bildirilib ki, təxribat xarakterli hərəkətlərin qarşısının alınmasının beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran da "X" sosial şəbəkə hesabında İsrailin bu məscidə hücumunu qınayıb: "Məscidül-Əqsanın müqəddəsliyini hədəf alan heç bir cəhd qəbul edilə bilməz".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə