Mikrodalğalı sobada yeməyin qızdırılması zamanı qidanın tərkibində ciddi və zərərli dəyişikliklər baş vermir. Mikrodalğalı soba qidanı ionlaşdırıcı şüalanma ilə deyil, elektromaqnit dalğaları vasitəsilə qızdırır. Bu dalğalar qidanın tərkibindəki su molekullarını hərəkətə gətirərək istilik yaradır və nəticədə yemək isinmiş olur.
Bu sözləri SİA-ya qida eksperti Fərid Səfərov deyib.

O bildirib ki, qızdırılma prosesində bəzi istiliyə həssas vitaminlərdə, xüsusilə C vitamini və bəzi B qrup vitaminlərində müəyyən itkilər yarana bilər. Lakin bu vəziyyət yalnız mikrodalğalı sobaya məxsus deyil. Eyni vitamin itkiləri adi qaz və ya elektrik sobasında, hətta qaynatma zamanı da baş verir. Bəzi hallarda mikrodalğalı sobada qızdırma müddəti daha qısa olduğundan qida maddələrinin qorunması digər üsullarla müqayisədə daha yaxşı ola bilər:
“Əsas diqqət edilməli məqam qızdırmanın bərabər aparılmasıdır. Xüsusilə ət, toyuq, balıq və hazır yeməklər kifayət qədər qızdırılmadıqda bəzi mikroorqanizmlər sağ qala bilər. Buna görə yeməyin hər tərəfinin eyni dərəcədə isinməsinə diqqət yetirmək, qızdırma zamanı yeməyi qarışdırmaq tövsiyə olunur.
Bundan əlavə, mikrodalğalı sobada yalnız bu məqsəd üçün nəzərdə tutulmuş qablar istifadə edilməlidir. Uyğun olmayan plastik qablar yüksək temperaturun təsirindən qidaya arzuolunmaz kimyəvi maddələrin keçməsinə səbəb ola bilər.
Nəticə etibarilə, mikrodalğalı sobada qızdırılan yemək düzgün qaydalara əməl edildikdə sağlamlıq üçün təhlükəli hesab edilmir və qidanın qida dəyərində digər istilik emalı üsullarından fərqli olaraq ciddi dəyişiklik yaratmır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB