"Buza da digər qida məhsulları kimi yanaşmaq lazımdır. Necə ki, qida təhlükəsizliyi baxımından məhsulların keyfiyyəti, saxlanma şəraiti və gigiyenası vacib hesab olunur, eyni qaydalar buz üçün də keçərlidir. Çünki buz da qida məhsulu sayılır və içkilərin, meyvələrin, eləcə də müxtəlif qidaların hazırlanmasında geniş istifadə olunur".
Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.
_(1)_(2).jpg)
Onun sözlərinə görə, ilk növbədə, buz yalnız içməli və təhlükəsiz sudan hazırlanmalıdır. Texniki və ya keyfiyyəti məlum olmayan sudan buz hazırlanması qətiyyən yolverilməzdir. Buzun hazırlanmasında istifadə olunan suyun keyfiyyəti birbaşa insan sağlamlığına təsir göstərən əsas amillərdən biridir:
"Digər vacib məqam buzla təmas qaydalarıdır. Buza əllə toxunmaq olmaz. Onun götürülməsi üçün xüsusi maşa və ya kürəkciklərdən istifadə edilməlidir. Bu, gigiyenik tələblərin əsas şərtlərindən biridir və çirklənmə riskinin qarşısını almağa xidmət edir.
Buzun saxlanma şəraitinə də ciddi nəzarət olunmalıdır. O, uyğun temperatur rejimində qorunmalı və mümkün qədər yalnız buz üçün nəzərdə tutulmuş xüsusi dondurucuda saxlanmalıdır. Həmin dondurucuda digər qida məhsullarının saxlanılması çarpaz çirklənmə riskini artırdığı üçün buna yol verilməməlidir.
Buz hazırlayan və saxlayan avadanlıqlar mütəmadi olaraq təmizlənməli, dezinfeksiya edilməli və sanitar-gigiyenik qaydalara uyğun şəkildə istismar olunmalıdır. Avadanlığın çirkli olması və ya gigiyenik normalara əməl edilməməsi müxtəlif mikroorqanizmlərin çoxalmasına, nəticədə isə qida zəhərlənmələrinə səbəb ola bilər.
Əgər buz keyfiyyətsiz sudan hazırlanarsa, antisanitar şəraitdə saxlanılarsa və ya əllə təmas nəticəsində çirklənərsə, bakteriyalar və digər zərərli mikroorqanizmlərlə çirklənə bilər. Bu isə insan sağlamlığı üçün ciddi risk yaradır və müxtəlif infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər.
Ona görə də buzdan istifadə zamanı da qida təhlükəsizliyi prinsiplərinə tam riayət edilməli, onun hazırlanması, saxlanması və təqdim olunması prosesində gigiyena qaydalarına xüsusi diqqət yetirilməlidir. Buzun təhlükəsizliyi ən az digər qida məhsullarının təhlükəsizliyi qədər vacibdir və bu sahədə hər hansı səhlənkarlıq insan sağlamlığı üçün ciddi nəticələr doğura bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB