Fransada 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan edildi!

Fransada 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan edildi!

Fransanın Milli Assambleyası və Senatı yetkinlik yaşına çatmayanların sosial şəbəkələrin təhlükələrindən qorunması haqqında, 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Milli Assambleyada qanun layihəsinin lehinə 279 deputat səs verib, əleyhinə 81 nəfər olub, Senatda isə qanun layihəsini 243 parlamentari dəstəkləyib, yalnız iki nəfər qarşı çıxıb.

Daha sonra Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində qanunun qəbul edildiyini bildirib. "Mən söz vermişdim və artıq qanun qəbul edilib: tədris ilinin əvvəlindən etibarən 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələr qadağan ediləcək. Deputatlara təşəkkür edirəm. İndi növbə Konstitusiya Şurasındadır, daha sonra isə bu tədbiri həyata keçirmək və uşaqlarımızı internetdə qorumaq üçün atılacaq konkret addımlardadır", - o yazıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə