“Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimizin təbliği” layihəsi çərçivəsində növbəti tədbiri keçirilib
Şamaxı şəhərində yerləşən Şamaxı Rayon Gənclər və İdman Sektorunun Akt zalında Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarlna Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ,“Qloballaşma və Milli Həmrəylik” İctimai Bİrliyi tərəfindən həyata keçirilən “Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimizin təbliği” layihəsi çərçivəsində növbəti tədbiri keçirilmişdir.
SİA xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Şamaxı Rayon Gənclər və İdman Sektorunun müdiri Şahmar Hüseynov QMHİB-yi və layihə barədə tədbir iştirakçılarını məlmatlandırdı. Mövzu ilə bağlı zəngin və dəyərli fikirlərini tədbir iştirakçılarına çatdırdı. İB-yin rəhbərliyini tədbir iştirakçılarına təqdim etdi. QMH İB-nin sədri Həsən Qarayev icra olunan layihə ilə bağlı ətraflı və geniş məlumat verdi. Həsən Qarayev reallaşan layihəyə maliyyə yardımı göstərdiyinə görə A.R.QHT- lərə DD Agentliyinə təşəkkürünü bildirdi. Layihə rəhbəri ermənilərin maddi-mədəni irsimizə qarşı törətdikləri vandalizm aktının bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət olduğunu bildirdi. Tədbirdə iştirak edən Şamaxı rayon Nağaraxana kənd Mədəniyyət Evinin nümayəndəsi Bəsdi Həsənova çıxışında Şamaxı rayonunda mədəni irs nümunələri barədə, həmçinin Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimiz barədə danışdı. Tədbirdə Şamaxı rayon Kərkənc kənd Mədəniyyət Evinin nümayndəsi Gülpəri Əliyeva çıxışında erməni vandalizmi, ermənilərin vandalığı nəticəsində dağıdılmış maddi mədəniyyət nümunələrimiz barədə və ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən danışdı. Şamaxı Dövlət Rəsm Qalareyasının nümayəndəsi Simuzər Hüseynova çıxışında erməni vandalizmi nəticəsində dağıdılmış və yer üzündən silinmiş Azərbaycan milli -mədəni irs abidələri barədə geniş məzmunlu çıxış etdi. Tədbirdə çıxış edən digər iştirakçılar layihə barədə fikirlərini və arzularını bildirdilər. Mövzunun hər bir Azərbaycanlı üçün aktuallığı nəzərə alınaraq gələcəkdə də davam etdirilməli olduğunu bildirdilər. Tədbir diskusiya şəraitində davam etdi. Sonda İB-yin sədri Həsən Qarayev tədbirin təşkilində və keçirilməsinə göstərdikləri köməkliyə görə Şamaxı Rayon İcra Hakimiyyətinə , Şamaxı Rayon Gənclər və İdman Sektorunun rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Tədbir, iştirakçılar ilə xatirə şəkli çəkdirilərək yekunlaşdı.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB