İstidə avtomobildə uşaq və heyvan saxlamaq niyə təhlükəlidir? - AÇIQLANDI

İstidə avtomobildə uşaq və heyvan saxlamaq niyə təhlükəlidir? - AÇIQLANDI

Havanın temperaturu cəmi 25–30 dərəcə olsa belə, günəş altında qalan avtomobilin salonunda istilik qısa müddətdə təhlükəli həddə çatır. Nəticədə salonda həm temperatur sürətlə yüksəlir, həm də hava keyfiyyəti pisləşir ki, bu da insan həyatı üçün ciddi risk yaradır.

Bu sözləri SİA-ya təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.

Onun sözlərinə görə, belə şəraitdə avtomobildə nəzarətsiz qalan uşaq, yaşlı insan və ya ev heyvanı huşunu itirə, hətta həyatını itirə bilər. Bu səbəbdən isti havalarda onların avtomobildə tək buraxılması qətiyyən tövsiyə edilmir.

Mütəxəssis qeyd edib ki, bəzi sürücülər pəncərəni azacıq açıq qoymaqla riski azaltmağa çalışsalar da, bu, təhlükəni tam aradan qaldırmır. Ən təhlükəsiz yol uşaq və ya heyvanı, hətta qısa müddət üçün belə, nəqliyyat vasitəsində tək qoymamaqdır.

Əgər hər hansı məcburi vəziyyət yaranarsa, salonda hava dövranını təmin etmək üçün pəncərə cüzi şəkildə açıq saxlanıla bilər. Bununla belə, bu üsul avtomobildə uşaq və ya heyvanın nəzarətsiz qalmasını təhlükəsiz etmir və onların avtomobildə tək buraxılması yenə də yolverilməz hesab olunur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə