Xırda uğursuzluqları şəxsi məğlubiyyət kimi qəbul etmək hansı psixoloji problemdən xəbər verir? - PSİXOLOQ AÇIQLADI
"Bəzi insanlar emosiyaları və duyğuları digərlərindən daha dərin yaşayırlar. Xüsusilə həssas və ya həddindən artıq böyük eqoya sahib insanlar uğursuzluqları daha ağır qəbul edə bilirlər. Əslində isə çox zaman həddindən artıq böyük eqonun arxasında özünəinam çatışmazlığı dayanır".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.
_(1).jpg)
Onun sözlərinə görə, insan özünü nə qədər yüksək göstərməyə çalışırsa, daxilində bir o qədər özünü təsdiqləmək ehtiyacı hiss edə bilər:
"Belə insanlar üçün uduzmaq və ya uğursuzluq yaşamaq böyük faciə kimi görünür. Bunun səbəblərindən biri də uşaqlıq dövründə formalaşan tərbiyə modelidir. Əgər uşaq hər zaman yalnız təriflənibsə, istədiyi hər şeyi əldə edibsə, hər uğuruna həddindən artıq mükafat verilibsə və heç vaxt məğlubiyyət hissini yaşamayıbsa, gələcəkdə uğursuzluğu qəbul etməkdə çətinlik çəkə bilər.
Halbuki hər bir insan həm uğuru, həm də uğursuzluğu sağlam şəkildə qəbul etməyi öyrənməlidir. Tənqidə açıq olmaq, məğlubiyyətdən nəticə çıxarmaq və həyatı davam etdirmək psixoloji sağlamlığın vacib göstəricilərindəndir.
Ən doğru yanaşma baş verən hadisəni faciələşdirmək deyil, onu təhlil etməkdir. Özümüzə sual verməliyik: “Mən bu vəziyyətdə harada səhv etdim?” Bu sualın cavabını tapmaq gələcəkdə eyni səhvləri təkrarlamamağa kömək edəcək.
Ona görə də özünəinam problemi yaşayan, sosial münasibətlərdə çətinlik çəkən və ya özünü düzgün ifadə edə bilməyən insanlar bu mövzular üzərində işləməlidirlər. Özünü tanımaq, səhvlərdən nəticə çıxarmaq və psixoloji dayanıqlılığı inkişaf etdirmək sağlam münasibətlər qurmağın, uğursuzluqları düzgün idarə etməyin və həyatda daha balanslı qərarlar verməyin əsas yollarından biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB