Şəhər sakinləri Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik etdi – SORĞU
22 İyul – Milli Mətbuat Günü Azərbaycanda milli mətbuatın yaranmasının ildönümü kimi qeyd olunur. Bu gün cəmiyyətin doğru və operativ məlumatlandırılmasında mühüm rol oynayan jurnalistlərin peşə bayramıdır və ölkə mətbuatının keçdiyi inkişaf yoluna nəzər salmaq üçün də əlamətdar tarixdir.
Azərbaycan mətbuatı uzun illər ərzində cəmiyyətin informasiya ehtiyacının ödənilməsində, ictimai rəyin formalaşmasında və vətəndaşların maarifləndirilməsində mühüm rol oynayıb. Bu gün də media sürətlə dəyişən informasiya mühitində öz məsuliyyətini davam etdirərək gündəmdə olan mövzuları ictimaiyyətə çatdırır.
Milli Mətbuat Günü münasibətilə sakinlər arasında sorğu keçirdik. Onlardan Azərbaycan mətbuatı, informasiya əldə etmə vərdişləri və medianın cəmiyyətdəki rolu ilə bağlı SİA şəhər sakinləri arasında sorğu keçirib.
Şəhər sakini Günel Baydarova: " 22 İyul Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri ürəkdən təbrik edirəm. Hər birinizə möhkəm can sağlığı, xoşbəxtlik, çətin və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram. Sizin fədakar əməyiniz sayəsində cəmiyyət doğru və operativ məlumat əldə edir. Bir daha təbrik edirəm".
Şəhər sakini Rəfael Quliyev: "Bütün jurnalistləri təbrik edirəm. Əgər siz olmasaydınız, bir çox hadisələrdən və yeniliklərdən xəbərsiz qalardıq.
Gördüyünüz iş hər zaman dəyərlidir və böyük hörmətə layiqdir. Hər zaman gözəl xəbərlər verəsiniz biz xalqa. Jurnalist peşəsi zəhmətli, əziyyətli və şərəfli peşədir".
Şəhər sakini Aqil Əliyev: "Sizi təbrik edirəm. Zəhmətinizə görə hər birinizə təşəkkür edir, fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram. Verdiyiniz xəbərləri saytlardan və telekanallardan sevə-sevə izləyirik. İşlərinizdə uğurlar. Bayramınız mübarək".
Şəhər sakini Bəsdi Həsənova: " Bayramınız mübarək. Xalqımıza daim xoş və sevindirici xəbərlər təqdim edəcəksiniz.
İşlərinizdə sizə uğurlar arzulayıram. Biz də hər zaman sizi izləyirik və yeni xəbərlərinizi maraqla gözləyirik. Bayramınız mübarək".
Şəhər sakini Azad Əliyev: " Jurnalistlərin peşə bayramını təbrik edirəm. İşlərində daim uğur arzu edirem. Siz olmasanız biz dünyada baş verən hadisələrdən xəbərdar olmazdıq. Hər zaman dəqiq qərəzsiz xəbərləri yayımlayırsınız. İstər sosial şəbəkə istər televiziya hər birində xəbərləri izləyirik. Uğurlarınız bol olsun. Bayramınız mübarək olsun ".
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB