"Psixoloji tükənmişlik birdən-birə yaranmır. İnsan psixoloji olaraq zaman-zaman yaşadığı hadisələr, qarşılaşdığı haqsızlıqlar, daxili narahatlıqları, gərgin iş rejimi, ailədaxili proseslər və digər amillərin təsiri ilə tədricən tükənmişlik yaşayır".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, psixoloji tükənmişlik həm ailədə, həm şəxsi münasibətlərdə, həm də iş həyatında özünü göstərə bilər:
"İlk növbədə insan özünü enerjisiz, narahat, halsız hiss edirsə və əvvəlki vəziyyətindən daha pis durumda olduğunu görürsə, özünə suallar verməlidir. Məsələn, hansı məşğuliyyətlər ona zövq verir, nə etməkdən xoşu gəlir, kimlə ünsiyyətdə olanda rahatlaşır, hara getsə özünü daha xoşbəxt hiss edir və ya bəlkə də sadəcə evdə qalıb iki-üç gün dincəlmək ona yaxşı təsir edər. İnsan ilk növbədə bunları özü üçün kəşf etməli və ehtiyaclarını müəyyənləşdirməlidir.
Bəzən bu hal kişilərdə daha çox müşahidə olunur. Onlar dostları ilə çayxanaya gedir, domino oynayır və bəzən bu davranışlarına görə xanımlar tərəfindən qınaq obyektinə çevrilirlər. Halbuki seanslar zamanı məlum olur ki, bir çox kişilər işdə yaşadıqları gərginliyi məhz həmin mühitdə müəyyən qədər üzərlərindən ata bilirlər.
Əlbəttə, bu da tam həll yolu deyil. Bu, sadəcə ilkin yardım, təcili tibbi yardım kimi müvəqqəti dəstəkdir. Əsas məsələ odur ki, insan nədən tükəndiyini dərk etsin və bu tükənmişliyi aradan qaldırmaq üçün hansı addımları atmalı olduğunu müəyyənləşdirərək özünə uyğun bir plan qursun".
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB