Samur-Abşeron kanalında batan yeniyetmənin meyiti tapılıb

Samur-Abşeron kanalında batan yeniyetmənin meyiti tapılıb

Samur-Abşeron kanalında batan 16 yaşlı yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, iyulun 12-də kanalın Quba rayonunun Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il yüksək Osmanov Fərid Paşa oğlunun axtarışları başa çatıb.

Onun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları təxminən 15 kilometr aralıda – Samur-Abşeron kanalının Şabran rayonunun Gəncə kəndindən keçən hissəsində tapılaraq sudan çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə