Kambocada “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq

Kambocada “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq

Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çea “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub.

SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə məlumat verib. Milli brendimiz olan “ASAN xidmət”in 35-dən çox ölkəyə ixracı istiqamətində əməkdaşlıq edildiyi diqqətə çatıdırılıb.

Həmçinin görüş zamanı ötən ilin dekabr ayında Kambocanın müvafiq qurumu ilə imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində görülən işlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə