Rəqəmsal dövrdə sosial şəbəkələr və virtual platformalar gənclərin düşüncə tərzinə, dəyərlərinə və şəxsiyyətinin formalaşmasına ciddi təsir göstərir. Gənclər bu mühitdə müxtəlif mədəniyyətlər, ideologiyalar və həyat tərzi modelləri ilə tanış olur. Bu təsirlərin müsbət tərəfləri olduğu kimi, milli kimlik və mənəvi dəyərlər baxımından müəyyən risklər də mövcuddur.
Bu sözləri SİA-ya psixoloq Leyla Əli deyib.

O bildirib ki, virtual məkanda gənclərin milli kimliyinə təsir edən əsas psixoloji amillər sırasında aidiyyət hissi, sosial qəbul olunmaq istəyi, özünü təsdiqləmə ehtiyacı və rol model axtarışı dayanır. Gənc özünü hansı qrupa daha yaxın hiss edirsə, həmin qrupun dəyərlərini və davranışlarını mənimsəməyə daha meyilli olur:
“Sosial şəbəkələrdə yayılan xarici ideologiyalar və həyat tərzi modelləri bəzən gənclərdə öz milli dəyərlərinə marağın azalmasına, həyat prioritetlərinin dəyişməsinə və kimlik qarışıqlığına səbəb ola bilər. Lakin tənqidi düşünmə bacarığı və sağlam ailə mühiti olduqda gənc müxtəlif təsirləri düzgün qiymətləndirərək öz milli kimliyini qoruyub saxlaya bilir.
Yad təsirlərə qarşı ən həssas dövr əsasən yeniyetməlik mərhələsidir. Bu yaşlarda şəxsiyyət formalaşır, gənc özünü kəşf etməyə çalışır, həmyaşıdlarının fikrinə daha çox əhəmiyyət verir və aid olduğu qrupu müəyyən etməyə çalışır. Bu səbəbdən xarici təsirlər daha güclü qəbul edilə bilər.
Milli mənlik şüuru zəif formalaşdıqda bunu gəncin davranışında öz mədəniyyətinə və dilinə laqeyd münasibət, milli dəyərləri kiçiltmə, yalnız xarici mədəniyyətləri ideal hesab etmə, milli bayram və ənənələrə marağın azalması kimi əlamətlərlə müşahidə etmək mümkündür. Bu halların qarşısının alınması üçün ailə, təhsil ocağı və cəmiyyət gənclərdə milli-mənəvi dəyərlərin formalaşdırılmasına xüsusi diqqət yetirməli, eyni zamanda onların tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB