“Süni intellektə yalnız iqtisadi deyil, sosial prizmadan da baxmalıyıq” - Şəfəq Mehrəliyeva
“Rəqəmsal media və süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu reallığı nəzərə alaraq yeni çağırışlara uyğun yanaşmalar formalaşdırmalıyıq”.
SİA xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans çərçivəsində keçirilən “Rəqəmsal media və dini diskurs: informasiya manipulyasiyası və dezinformasiya” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, sosial media, bloqerlər və yeni media platformaları müasir dövrün dəyişməz reallığına çevrilib və tənzimləyici qurumlar qərarlarını bu reallıqlar əsasında formalaşdırmalıdırlar.
Şəfəq Mehrəliyeva qeyd edib ki, bu gün süni intellekt əsasən iqtisadi baxımdan müzakirə olunsa da, onun sosial və mənəvi təsirləri də diqqətdən kənarda qalmamalıdır. Onun sözlərinə görə, insanların əsas narahatlıqlarından biri süni intellektin peşələrin gələcəyinə və məşğulluğa təsiridir.
MEDİA rəsmisi vurğulayıb ki, insan üçün iş təkcə gəlir mənbəyi deyil, həm də sosial münasibətlər, özünü faydalı hiss etmək və cəmiyyətə inteqrasiya vasitəsidir. O əlavə edib ki, süni intellektin yaratdığı dəyişikliklər qiymətləndirilərkən iqtisadi amillərlə yanaşı, sosial və mənəvi aspektlər də nəzərə alınmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB