ƏMAS sistemində atalıq məzuniyyəti necə rəsmiləşdirilir? - QURUMDAN AÇIQLAMA

ƏMAS sistemində atalıq məzuniyyəti necə rəsmiləşdirilir? - QURUMDAN AÇIQLAMA

ƏMAS-da atalıq məzuniyyəti elektron qaydada rəsmiləşdirilir. Bunun üçün sistemdə “Əmrlər” bölməsinə daxil olaraq “Məzuniyyət əmri” seçilir.

SİA-ya qurumdan verilən məlumata görə, daha sonra məzuniyyət müddəti müəyyən edilir və hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinin dördüncü hissəsi göstərilir. Bundan sonra işçinin uşağının doğulması ilə əlaqədar doğumdan əvvəl və ya sonra istifadə etmək üçün 14 təqvim günü ödənişli atalıq məzuniyyəti barədə əmr ƏMAS üzərindən elektron formada tərtib edilir.

Bu yenilik iş yerlərində məzuniyyətlərin rəsmiləşdirilməsi prosesinin tam elektronlaşdırılmasına, çevik və şəffaf şəkildə həyata keçirilməsinə, eyni zamanda əmək münasibətlərində sosial təminat mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, əmək qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən, uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilir.

Əmək hüquqlarınızı öyrənin və onlardan istifadə edin.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə