“Gündəlik qidalanmada “fast food” məhsullarının mütəmadi istehlakı qida rasionuna mənfi təsir göstərə bilər”.
Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Seymur Qafarov deyib.
Onun sözlərinə görə, fast food qidaları daha çox tez hazırlanıb istehlak olunan məhsullar olduğundan, əvvəlcədən hazırlanmış və xüsusi emaldan keçmiş sağlam qidalarla müqayisədə qida dəyəri baxımından daha kasaddır:
“Bu səbəbdən gün ərzində yorğunluq, halsızlıq və enerji çatışmazlığı yarana bilər. Fast food məhsulları yüksək yağ tərkibli və çoxsaylı inqrediyentlərlə hazırlandığı üçün onların mütəmadi istehlakı həzm sistemində problemlərə səbəb ola bilər. Bundan əlavə, isti halda təqdim olunan qidalar 2 saat ərzində istehlak edilmədikdə və 5–60 dərəcə Selsi temperatur aralığında saxlanıldıqda təhlükə zonasına düşür. Bu isə qusma, ishal, diareya və bəzi hallarda ciddi qida zəhərlənmələrinə gətirib çıxara bilər.
“Fast food” qidaları yalnız ara-sıra qəbul edilməlidir. Hazırlanmış fast food məhsulu maksimum 2 saat ərzində istehlak olunmalı və təhlükə temperaturu zonasına düşməməlidir. Əgər məhsulun hazırlanmasında toyuq və ya mal ətindən istifadə olunursa, həmin ət 72–75 dərəcə Selsi temperaturda kifayət qədər bişirilməlidir. Bundan sonra məhsul qida təhlükəsizliyi tələblərinə uyğun şəkildə qablaşdırılaraq istehlakçıya təqdim edilməlidir.
Qablaşdırılmış fast food məhsullarını alarkən qablaşdırmanın bütövlüyünə, istifadə olunan materialın təhlükəsizliyinə, həmçinin etiket məlumatlarına diqqət yetirilməlidir. Qablaşdırma üzərində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17.2-ci maddəsinə uyğun etiket məlumatları yer aldıqdan sonra məhsulun istehlakı məqsədəuyğundur".
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB