"Zədələnmiş plastik qablar vaxtında yenisi ilə əvəz edilməlidir" - EKSPERT DANIŞDI
"Plastik və digər sintetik materiallardan hazırlanan qablardan istifadə zamanı əsas diqqət yetirilməli məqam onların hansı materialdan hazırlanmasıdır. Çünki bu qablar insanların gündəlik həyatında geniş istifadə olunur və qida ilə birbaşa təmasda olur".
Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.
_(1).jpg)
Onun sözlərinə görə, ən vacib məsələlərdən biri qabların istiliyə davamlılığı və kimyəvi tərkibidir:
"Zaman keçdikcə, xüsusilə cızılmış, köhnəlmiş və ya yüksək temperaturun təsirinə məruz qalmış plastik qabların tərkibində dəyişikliklər baş verə bilər. Belə hallarda bəzi kimyəvi maddələrin qidaya keçmə riski artır ki, bu da insan sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər.
Bu gün müasir istehsal standartlarına uyğun hazırlanan və qida ilə təmas üçün nəzərdə tutulan qablar müvafiq təhlükəsizlik tələblərinə cavab verir. Onların istehsalı zamanı insan sağlamlığı nəzərə alınır və təhlükəsiz materiallardan istifadə olunur.
Lakin cızılmış, çatlamış, köhnəlmiş və ya deformasiyaya uğramış plastik qabların uzun müddət istifadə olunması tövsiyə edilmir. Belə qablar istifadəyə yararsız hesab olunur və yenisi ilə əvəz edilməlidir.
Bəzən insanlar qənaət məqsədilə eyni plastik qabdan uzun müddət istifadə edirlər. Ancaq unutmaq olmaz ki, köhnəlmiş və zədələnmiş qabların istifadəsi insan sağlamlığı üçün müəyyən risklər yarada bilər.
Ona görə də insanlar qida ilə təmasda olan bütün məhsulları, o cümlədən plastik və digər sintetik materiallardan hazırlanan qabları seçərkən onların keyfiyyətinə, təhlükəsizlik standartlarına və istifadə müddətinə xüsusi diqqət yetirməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB