"Hazırda Azərbaycanda fəaliyyət göstərən "ASAN mərkəzlər" bütün əhalinin xidmətlə təmin olunmasına kifayət edir." Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Baku TV"yə müsahibəsində deyib. Onun sözlərinə görə, "ASAN xidmət" mərkəzləri artıq 14 ildir fəaliyyət göstərir:
"2012-ci il iyulun 13-də Prezident İlham Əliyev "ASAN xidmət"in yaradılması ilə bağlı Sərəncam imzalayıb. Əsas məqsəd vətəndaşlara şəffaf, tamamilə bürokratiyasız və operativ şəkildə xidmət göstərmək idi. Bununla yanaşı, dövlət qulluqçusu ilə vətəndaş arasında münasibətlərin yeni əsaslar üzərində qurulması da əsas məqsədlərdən biri idi.
Ötən illər ərzində "ASAN xidmət" ölkə rəhbərliyinin dəstəyi və tapşırıqları ilə qısa müddətdə həm keyfiyyət, həm də kəmiyyət baxımından genişlənməyə başlayıb. Bu gün artıq ölkə üzrə 28 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Bundan əlavə, 3 "ASAN kommunal" mərkəzi də fəaliyyət göstərir. Beləliklə, ümumilikdə 31 mərkəz vətəndaşlara xidmət göstərir".
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB