"Bəzi ixtisaslar yox olmayacaq, sadəcə tamamilə yeni formaya düşəcək"

"Bəzi ixtisaslar yox olmayacaq, sadəcə tamamilə yeni formaya düşəcək"

"İxtisasların əmək bazarındakı əhəmiyyəti zamanla dəyişir. Bu sözləri SİA-ya açıqlamasında STM-in təhsil məsələləri üzrə tədqiqatçısı Elmin Nuri deyib.

Onun sözlərinə görə, bəzi ixtisaslara tələbat artır, bəzilərinə isə azalır:" Elə ixtisaslar var ki, onlar tamamilə yox olmur, sadəcə məzmunu və icra forması dəyişir. Digərləri isə əmək bazarının tələblərinə cavab vermədiyi üçün tədricən sıradan çıxır.

Bu gün həm Azərbaycanda, həm də dünyada sürətlə inkişaf edən informasiya texnologiyaları, süni intellekt, robototexnika və rəqəmsallaşma bir çox peşə və ixtisasların mahiyyətini dəyişdirir. Ona görə də əsas məsələ mövcud ixtisasları yeni dövrün tələblərinə uyğunlaşdırmaq və mütəxəssislərin bacarıqlarını daim yeniləməkdir.

Beynəlxalq proqnozlara görə, 2030-cu ilə qədər bəzi ixtisaslar əhəmiyyətini itirəcək, 2040-cı ilə qədər isə daha geniş bir qrup peşə ciddi transformasiyaya məruz qalacaq. Bununla yanaşı, yeni peşələr və yeni ixtisas istiqamətləri yaranacaq.

Bu səbəbdən indidən hər sahə üzrə mütəxəssislər və qərarverici qurumlar gələcək dəyişikliklərə hazır olmalı, inkişaf strategiyaları hazırlamalıdırlar. Əsas məqsəd əmək bazarının dəyişən tələblərinə uyğun, çevik və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqdır".

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə