Valideynlər istedadlı uşağı inkişaf etdirmək üçün nə etməlidir? - AÇIQLANDI

Valideynlər istedadlı uşağı inkişaf etdirmək üçün nə etməlidir? - AÇIQLANDI

QHT rəhbəri, reabilitasiya mərkəzinin direktoru və 30 illik pedaqoji təcrübəyə malik müəllim kimi hesab edirəm ki, istedadlı uşağın inkişafında ən vacib rol valideynə məxsusdur.

Bu sözləri SİA-ya sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli deyib.


O bildirib ki, istedadlı uşaqların qabiliyyətlərini vaxtında aşkar etmək və düzgün istiqamətləndirmək onların gələcək uğurlarının əsasını qoyur. Valideynlər uşağın maraqlarını diqqətlə izləməli, onu başqaları ilə müqayisə etmədən güclü tərəflərini inkişaf etdirməsinə dəstək olmalıdırlar:

“Uşağa seçim etmək imkanı vermək, yaradıcılığını təşviq etmək, uğursuzluqlarına anlayışla yanaşmaq və onu daim motivasiya etmək çox önəmlidir. Eyni zamanda, müəllim və mütəxəssislərlə əməkdaşlıq etmək uşağın potensialının daha dolğun inkişafına kömək edir.

Unutmayaq ki, istedad təkcə anadangəlmə qabiliyyət deyil. Sevgi, düzgün istiqamətləndirmə və davamlı dəstək sayəsində bu potensial böyük uğurlara çevrilə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə