Alimlər hansı qidaları dünyanın ən sağlam qidası kimi tanıyıblar?

O, ən çox miqdarda aktiv və faydalı minerallar, mikroelementlər və vitaminlər ehtiva edir...
Alimlər hansı qidaları dünyanın ən sağlam qidası kimi tanıyıblar?

...Alimlər su teresinin dünyanın ən sağlam qidası olduğunu iddia edirlər. Tədqiqatlara görə, bu qida orqanizm üçün faydalı olan ən yüksək miqdarda aktiv minerallar, mikroelementlər və vitaminlər ehtiva edir.

SİA xəbər verir ki, bu barədə "Xroniki xəstəliyin qarşısının alınması" kitabında məlumat verilir.

Uilyam Paterson Universitetinin professoru Cennifer Di Noia tərəfindən tövsiyə edilən bu qida lif, kalium, protein, B, A və D vitaminləri və kalsium folat baxımından zəngindir.

Bundan əlavə, onun dəyərli maddələrinin kalori ilə nisbəti yüksəkdir.

Su teresi gündəlik qida ehtiyacının 100 kkal istehlak üçün 100 faizini ödəyir. Ən sağlam qidalar siyahısında ikinci yeri 91,99 faiz dəyərində Çin kələmi tutur, ardınca İsveçrə pazlı (89,27 faiz) və ispanaq (86,43 faiz) gəlir.

Su teresi dəmir, kalsium, C vitamini və 14 digər vacib vitamin, mineral, antioksidant və ikinci dərəcəli bitki maddələri də daxil olmaqla müxtəlif qida maddələri ehtiva edir.

A və C vitaminləri infeksiyalardan qoruyur, kalsium, kalium və maqnezium sümük və əzələ böyüməsini dəstəkləyir, K vitamini isə beyin hüceyrələrinin zədələnməsinin qarşısını ala bilər.

Antioksidantlar həmçinin DNT zədələnməsindən qoruyur və beləliklə, müxtəlif xərçəng növləri riskini minimuma endirə bilər.

Ən sağlam qidaların siyahısına həmçinin pazıl, yaşıl çuğundur, ispanaq, hindiba, kahı, cəfəri, şalğam göyərtiləri, sarımsaq, kələm, zəncirotu göyərtiləri, qırmızı bibər, rukkola, brokoli, balqabaq, Brüssel kələmi, yaşıl soğan, kolrabi, gül kələmi, yerkökü, pomidor, limon, aysberq kahısı, çiyələk, turp, portağal, laym, qreypfrut, şalğam, böyürtkən, pırasa və şirin kartof da daxildir...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə