Arıqlamaq məqsədilə sosial mediada yayılan alternativ üsullara etibar etmək olar? - DİETOLOQ AÇIQLADI
Azərbaycanda dietologiya sahəsində fəaliyyət göstərən şəxslərin peşə hazırlığı ilə bağlı ciddi nəzarətə ehtiyac var. Son illər sosial şəbəkələrdə özünü dietoloq kimi təqdim edən, lakin bu sahə üzrə kifayət qədər ixtisası olmayan şəxslərin sayı artıb. Bu cür hesablar vasitəsilə müxtəlif ödənişli arıqlama marafonları təşkil edilir, elmi əsaslandırılmamış pəhriz proqramları və qida əlavələri reklam olunur.
Bu sözləri SİA-ya dietoloq Ləman Süleymanova deyib.


Mütəxəssis bildirir ki, bəzi hallarda fərdi sağlamlıq vəziyyəti nəzərə alınmadan eyni qidalanma planı çoxsaylı insanlara təqdim edilir. Bu cür yanaşma sağlamlıq üçün risk yarada, arıqlamaq əvəzinə maddələr mübadiləsinin pozulmasına, itirilən çəkilərin qısa müddətdə geri qayıtmasına və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
O, həmçinin qeyd edir ki, sosial şəbəkələrdə reklam olunan və mənşəyi, təhlükəsizliyi təsdiqlənməyən məhsullardan istifadə etmək düzgün deyil.
Mütəxəssisin sözlərinə görə, sağlam arıqlama proqramı hər bir insan üçün fərdi qaydada hazırlanmalı, yaş, sağlamlıq vəziyyəti, hormonal fon, fiziki aktivlik və digər tibbi göstəricilər nəzərə alınmalıdır. Standart pəhrizlərin hər kəs üçün uyğun olması barədə iddialar elmi cəhətdən əsaslandırılmır.
Yalan arıqladıcı iynələr, preparatlarla insanları aldadırlar. Bu kişilərdə cinsi zəiflik və ciddi xəstəliklərə səbəb olur. 100 nəfərə eyni dieti tərtib edib insanları arıqlatmaq mümkün deyil. Bu ciddi problemlərə səbəb olur.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB