“TikTok” 2026-cı ilin birinci rübündə Azərbaycanda təxminən 600 min videonu silib
Video yaradılması və izlənilməsi üzrə aparıcı platformaolan TikTok üçün Azərbaycandakı istifadəçilər üçüntəhlükəsiz və rahat rəqəmsal mühitin formalaşdırılmasıəsas prioritetlərdən biri olaraq qalır. Məhz buna görə dəşirkət istifadəçilərin qorunmasına, kontent yaradıcılarınındəstəklənməsinə yönəlmiş tədbirlər barədə məlumat verənİcma Qaydalarına Əməl Olunması Hesabatını mütəmadiolaraq dərc edir.
SİA xəbər verir ki, “TikTok” 2026-cı ilin birinci rübü üzrə “İcma Qaydalarınıntətbiqi haqqında” hesabatını açıqlayıb. Hesabatdaplatformanın istifadəçi təhlükəsizliyinin təmin edilməsiistiqamətində gördüyü işlərin nəticələri, eləcə də kontentmoderasiyasına yanaşmalardakı yeniliklər əks olunub.
Hesabata əsasən, 2026-cı ilin yanvar–mart aylarındaAzərbaycanda:
• İcma Qaydalarının pozulmasına görə 590 mindən çoxvideo silinib;
• Silinən videoların 99,4%-i platforma tərəfindən proaktivşəkildə, yəni istifadəçi şikayəti daxil olmadanaşkarlanaraq aradan qaldırılıb;
• İcma Qaydalarına uyğun olmayan videoların 95,7%-i dərcedildikdən sonra ilk 24 saat ərzində silinib.
Eyni dövr ərzində TikTok qlobal miqyasda:
• İcma Qaydalarını pozan 184 milyondan çox videonusilib;
• Qayda pozuntularının 99,3%-i istifadəçi şikayəti daxilolmadan aşkarlanıb;
• Bu cür kontentin 94,4%-i dərc edildikdən sonra ilk 24 saatərzində silinib.
2025-ci il ərzində isə TikTok Azərbaycanda İcmaQaydalarının pozulması səbəbindən 3,6 milyondan çoxvideonu platformadan silib.
2026-cı ildə TikTok istifadəçilərin təhlükəsizliyinin təminedilməsi istiqamətində yanaşmalarını təkmilləşdirməyəvə kontent moderasiyasında süni intellekttexnologiyalarının tətbiqini genişləndirməyə davam edir. Bu ildən etibarən şirkət ilk dəfə olaraq platformadanavtomatik silinən kontentlə bağlı statistikaya süniintellekt texnologiyaları vasitəsilə silinmiş videoları da daxil edir. Hazırda avtomatlaşdırılmış sistemlər, o cümlədən süni intellekt texnologiyaları platformadasilinən bütün kontentin 96%-dən çoxunu aşkarlayaraqoperativ şəkildə aradan qaldırır. Bu isə platformanıntələblərinə zidd olan paylaşımların daha operativaşkarlanmasına imkan yaradır.
TikTok LIVE yayımların təhlükəsizliyinin təmin edilməsiistiqamətində tədbirləri də davamlı olaraq gücləndirir. Platforma 2026-cı ilin birinci rübündə dünya üzrə 50,8 milyon canlı yayımı dayandırıb. Bununla yanaşı, TikTokcanlı yayımlar zamanı qazanc imkanlarını tənzimləyənqaydaların tətbiqini də təkmilləşdirir. Məqsəd orijinal vəkeyfiyyətli LIVE-kontent yaradan müəlliflərindəstəklənməsini və mükafatlandırılmasını təminetməkdir. 2026-cı ilin birinci rübünün nəticələrinəəsasən, platforma TikTok-un tələblərinin pozulmasısəbəbindən 58,2 milyondan çox canlı yayım üzrəmüəlliflərə xəbərdarlıq edib və ya onların monetizasiyaalətlərinə çıxışını məhdudlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB