Bu rayonda boru xətti partlayıb, 6 kənd susuz qalıb

Bu rayonda boru xətti partlayıb, 6 kənd susuz qalıb

Kürdəmirdə magistral su boru xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb. Hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb. Belə ki, diametri 500 mm olan boru partlayıb.

Qəza yerinə Kürdəmir su və meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Xatırladaq ki, magistral su boru xətti bundan əvvəl martın 27-də partlayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə