Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 10-da ümumi çəkisi 36 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
SİA-nın əldə etdiyi məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 33 kiloqramdan artıq marixuana, 400 qrama yaxın metamfetamin olub.
Bundan başqa, iyulun 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 11 ton 770 kiloqram çəkidə 22487 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB