Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq

XƏBƏRDARLIQ
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq

İyulun 11-13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə