6 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib

6 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakı şəhərinin bəzi küçə və prospektlərində aparılan təmir işləri ilə əlaqədar iyulun 10-12-də 6 müntəzəm avtobus marşrutunun hərəkəti alternativ küçələr vasitəsilə təşkil olunacaq.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, paytaxtın Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, həmçinin Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrdə aidiyyəti qurum tərəfindən aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məhdudiyyətlə əlaqədar olaraq, iyulun 10-12-də 61 və 88A nömrəli müntəzəm avtobus marşrutları Rəşid Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri ilə hərəkət edəcək. 10, 14 və 18 nömrəli marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri istiqamətində təşkil olunacaq.

Bundan əlavə, iyulun 11-12-də Sənan Abdullayev küçəsində (Baksol yolu), Ziya Bünyadov prospektindən Karvan yolu döngə 1-dək aparılacaq təmir işləri ilə əlaqədar 71 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi də müvəqqəti dəyişdiriləcək. Marşrut həmin günlərdə metronun "Azadlıq prospekti" stansiyasından Sənan Abdullayev küçəsi, giriş 141A ünvanınadək fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə