Bu gün Bakının Nizami rayonu və Sabunçu qəsəbəsinin bəzi küçələrində qaz kəsiləcək. Bu barədə SİA-ya "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun R.Rüstəmov, E.Süleymanov, Q.Qarayev, C.Naxçıvanski küçələrinin, Sabunçu qəsəbəsinin isə E.Mehdiyev, İ.Aslanov və M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB