Ekstradisiya cinayətkarlığa qarşı mübarizədə dövlətlərin beynəlxalq əməkdaşlıq forması olub cinayət törətməkdə təqsirləndirilən və ya məhkum edilmiş şəxsin ərazisində olduğu dövlətdən ərazisində cinayətin törədildiyi dövlətə yaxud vətəndaşı olduğu dövlətə verilməsidir.
Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.

O bildirib ki, bəzi hallarda “ekstradisiya” termini “deportasiya”, “transfer” və s. kimi terminlərlə eyniləşdirilir. Qeyd olunan anlayışlar müəyyən əlamətlərinə görə üst-üstə düşsə də, onların hər biri mahiyyət və tətbiq baxımından biri-birindən fərqlənir.
Cinayət törətmiş Azərbaycan Respublikasının ərazisində yaşayan, yaxud olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin verilməsi Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə, müqavilə ilə tənzimlənməyən məsələlər üzrə isə həmin müqaviləyə zidd olmayan hissədə qarşılıqlı yardım prinsipinə riayət olunmaqla "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Azərbaycan Respublikasının Qanunun müddəaları tətbiq edilir:
Ekstradisiyanın şərtləri
Xarici dövlət tərəfindən verilməsi sorğu edilən şəxs yalnız onun törətdiyi əməl Azərbaycan Respublikasının və sorğu edən dövlətin qanunvericiliyinə uyğun olaraq cinayət sayıldıqda və həmin əməlin törədilməsinə görə azı 1 (bir) il azadlıqdan məhrumetmə cəzası, yaxud daha ağır cəza növü nəzərdə tutulduqda verilə bilər.
Bundan başqa, törətdiyi cinayətə görə xarici dövlətin məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə cəzasına, yaxud daha ağır cəza növünə məhkum olunmuş şəxs cəzanın icrası üçün verilə bilər. Bu halda azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş müddəti 6 aydan az ola bilməz.
Deportasiya (lat. deportatio — qovulma, sürgün) — hansısa şəxsin və ya hansısa kateqoriyaya aid edilən şəxslər qrupunun məcburən, kanvoy altında digər dövlətə və başqa yaşayış yerinə sürgün edilməsi. Deportasiya həm də müvafiq icazə olmadan dövlətin ərazisində olan xarici vətəndaşlara və "arzu olunmayan şəxslərə" münasibətdə tətbiq olunur. Mülki əhalinin de portasiyası işğalçı hakimiyyət orqanları tərəfindən dinc sakinlərin tutduqları ərazidən normal yaşayış üçün az əl verişli olan başqa rayona məcburi olaraq köçürülməsində, didərgin salınmasında ifadə olunur. Deportasiya həm müharibə şəraitində (əgər deportasiya düşmən dövlət tərəfin dən həyata keçirilirsə-müharibə cinayətləri kimi, həm də dinc şəraitdə baş verə bilər. Hər ikisinin qadağan olunma sına və imperativ norma kimi dövlətlərə şamil olunmasına baxmayaraq deportasiyalar yenə də baş verir. Deportasiyanın ictimai təhlükəliliyi əhalinin uzun müddət olduğu qanuni yaşayış yerlərindən zorla çıxarılması ilə müşayiət olunan və insanların kütləvi şəkildə ev-eşiyindən, doğma torpağından, ölkəsindən qovulması ilə nəticələnən hərəkətlərlə xarakterizə olunur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB