Bu gündən Bakı–Balakən qatarlarının hərəkət marşrutu müvəqqəti dəyişdirilir

Bu gündən Bakı–Balakən qatarlarının hərəkət marşrutu müvəqqəti dəyişdirilir

Bu gündən, iyulun 20-dək Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Bu bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. Məlumata görə, Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.
Həmçinin bu gündən etibarən iyulun 20-nə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb. Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə