Son günlər ölkənin şimal-qərb bölgəsində baş verən daşqınların fəsadlarını aradan qaldırmaq üçün müvafiq qurumlar səfərbər olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bölgədə qeyri-sabit hava şəraiti daha çox Balakən rayonunun inzibati ərazilərində müşahidə olunur. Böyük Qafqaz dağlarının cənub ətəklərinə yağan leysan yağışları səbəbindən Balakən, Katex, Hunbul və digər çaylarda suyun səviyyəsi kəskin artıb, sel keçib.
Çayların məcrasından çıxması səbəbindən rayonun Mahamalar, Gərəkli, Hənifə, Kortala, İtitala, Püştətala kəndlərində və Kortala kənd inzibati ərazisinə daxil olan Beçaqar yaşayış məntəqəsində əkin sahələrinə, fındıq bağlarına, həyətyanı sahələrə, fərdi yaşayış evlərinə ziyan dəyib, ev quşları və xırdabuynuzlu heyvanlar tələf olub.
Balakən Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, rayonun Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Rzayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb və onu sel aparıb. Axtarış tədbirləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunublar
Rayonda qeyri-sabit hava şəraiti davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB