"Gözləri qorumağın ən təsirli yolu ekran qarşısında keçirdiyimiz vaxtı azaltmaqdır" - HƏKİM
"Kompüter, telefon və digər rəqəmsal ekranlardan uzun müddət istifadə gözlərin sağlamlığına mənfi təsir göstərir".
Bu sözləri SİA -ya açıqlamasında professor, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri Paşa Musayev Qəlbinur bildirib.

Onun sözlərinə görə, ekrana qaranlıqda və ya işıqlı mühitdə baxmaq, uzanaraq və ya ayaqüstə istifadə etmək arasında müəyyən fərqlər olsa da, əsas məsələ ekran qarşısında keçirilən vaxtın uzun olmasıdır:
"İmkan daxilində telefon, kompüter və digər monitorlardan nə qədər az istifadə olunsa, gözlərin sağlamlığı üçün bir o qədər faydalıdır.
Gözlərin qorunmasının ən effektiv profilaktik yolu məhz ekranla təması minimuma endirməkdir.
Əgər iş və ya təhsil səbəbindən kompüterdən və ya telefondan istifadə zəruridirsə, bu zaman yalnız vacib məqsədlərlə kifayətlənmək tövsiyə olunur. İş və ya dərslə bağlı olmayan hallarda sosial şəbəkələrdə və ya digər lazımsız məqsədlərlə uzun müddət telefondan istifadə etmək məqsədəuyğun deyil.
Məsələn, kitabları PDF formatında telefondan və ya kompüterdən oxumaqdansa, imkan olduqca çap olunmuş kitabdan istifadə etmək daha faydalıdır.
Eyni zamanda, geyim və ya digər məhsulları seçərkən də bütün vaxtı ekran qarşısında keçirmək əvəzinə jurnal və kataloqlardan istifadə etmək gözlərin yükünü azalda bilər.
Apteklərdə göz quruluğunu və ekranın yaratdığı narahatlığı azaltmaq üçün müxtəlif damcılar satılır. Lakin bu vasitələrin yalnız bir neçəsinin effektivliyi qənaətbəxşdir və onların təsiri adətən qısamüddətli olur. Buna görə də ən düzgün yanaşma dərmanlara arxalanmaq deyil, mümkün qədər lazımsız hallarda telefon, kompüter və digər ekranlarla təması azaltmaqdır".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB