Elektrik skuterləri və velosipedlərin batareyaları isti havada nə dərəcədə təhlükəlidir? - AÇIQLANDI
Elektriklə işləyən avtomobillərdə təhlükəsizliyi təmin edən xüsusi qoruyucu elementlər mövcuddur. Bu elementlər elektrik cərəyanını və gərginliyi sabit saxlayır. Onlar normal işlədiyi müddətdə avtomobilin istismarında hər hansı təhlükə yaranmır.
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O bildirib ki, lakin qoruyucu sistemlər nasaz olduqda akkumulyator həddindən artıq yüklənə və ya yüksək gərginliyə məruz qala bilər. Bu isə həm akkumulyatorun sıradan çıxmasına, həm də elektrik sistemində ciddi nasazlıqların yaranmasına səbəb ola bilər:
“Məsələn, avtomobilin enerji doldurma sistemi normadan artıq gərginlik verdikdə, bunu tənzimləyən rele və digər qoruyucu elementlər işləməzsə, akkumulyator zədələnə, hətta tam yararsız vəziyyətə düşə bilər. Bəzi hallarda bu, daha ciddi texniki problemlərə və yanğın riskinə də gətirib çıxara bilər.
Ona görə də elektrik avtomobillərinin təhlükəsiz istismarı birbaşa bu qoruyucu sistemlərin saz vəziyyətdə olmasından asılıdır. Mütəmadi texniki baxış keçirilməli, qoruyucu elementlərin işlək vəziyyətdə olmasına nəzarət edilməlidir. Təhlükəsizlik baxımından əsas məsələ də məhz budur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB