33 il əvvəl itkin düşən Mədinə Babayevanın qalıqları torpağa tapşırılıb

Kəlbəcər rayonunda
33 il əvvəl itkin düşən Mədinə Babayevanın qalıqları torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və 33 ildən sonra kimliyi müəyyən edilən Babayeva Mədinə Rəhim qızının meyitinin qalıqları Kəlbəcər rayonunda dəfn olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şəhidlə vida mərasimi Kəlbəcər rayonunun Daşbulaq kəndinin qəbiristanlığında keçirilib. Mərasimdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Babayeva Mədinə Rəhim qızı 1905-ci ildə Kəlbəcər rayonunun Daşbulaq kəndində anadan olub. 1993-cü il martın 31-də Daşbulaq kəndi işğal olunan zaman itkin düşmüş sayılırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə