Artıq yay mövsümü başlayıb. Tələbələr tətil başlaması ilə öz ailələrinin yanına gedənləri və ya ailəsi ilə digər ölkələrə getmək planları qururlar. Valideyinlər isə uşaqların tətili daha yaxşı səmərəli keçirmələri üçün övladlarını kurslara, rəqsə və digər faydalı təlimlərə qoyurlar. Bəzi sakinlər isə şəhərin səs küyündən uzaqlaşıb bölgələrə üz tutanlar, eləcə də xaricə gedənlər və öz evində nəvələri, övladları ilə birlikdə istirahət edənlər az deyil. İş mühiti, aylıq gəliri və ailə büdcəsini nəzərə alaraq sakinlərin bir qismi bölgələrdə dincəlməyi seçirlər. Şəhər sakinləri daha çox gəzmək xoş vaxt keçirmək üçün, Qarabağ bölgəsi, Kəlbəcər, Şuşa və digər işğaldan azad olunmuş ərazilərə üz tuturlar. Əksər insanlar isə tətili yalnız iş başında keçirirlər. Gəlin görək sakinlər bu barədə nə düşünür?
SİA bu mövzu ilə bağlı şəhərdə sorğu keçirib.
Şəhər sakini Nuray Həsənova: "Bu yay tətilimi cənub rayonlarında keçirməyi planlaşdırıram. Ailəm orada qaldığı üçün ora gedəcəyəm. İşimlə əlaqədar tətilim üçün 300 azn pul ayırmışam amma ailəm də öz köməkliyini göstərəcək. Nənəmin yanında qalacağım üçün" .

Şəhər sakini Elşən Cəfərov: "Azərbaycanın bölgələrinə getməyi daha üstün tuturam. Yəni münasib cibə uyğun qiymətlər olan bölgələrdə dincəlməyi düşünürəm. Təbii ki, xarici ölkələrə də getmək istərdim lakin buna büdcə imkan vermədiyi üçün ölkə daxilində dincələcəyəm. Hazırda işləmirəm işlədiyim zamanlarda əgər iş qrafikim uyğun olarsa yenə də istirahət etməyi planlayaram. Mənim fikrimcə Azərbaycanın bütün bölgələrinə getmək daha yaxşıdı. Bu yaxınlarda Kəlbəcərdə istirahət məkanlarının açılışı oldu. Ora getməyi daha çox istərdim".
Şəhər sakini Nigar Ağayeva: "Bu yay tətilində işləyəcəyəm. Tətil üçün harasa getməyi planlaşdırmıram. Amma təbii ki, belə bir şans yaransaydı xaricə getmək istərdim. Düşünürəm ki, büdcə baxımından yalnız bölgələrimizə gedib dincələ bilərəm. Ən çox getmək istədiyim bölgə isə Qarabağ bölgəsidir. Orada olmaq istərdim və oranın gözəlliklərini görmək istərdim".
Şəhər sakini Aylin Qəhrəmanova: "Yay tətilində işləyəcəm tətili planlamıram. Amma xaricə getmək fikrim olarsa, İtaliyaya getmək istərdim. Bunun üçün 2 min azn büdcə ayırardım. Azərbaycanın bölgələrindən isə Şuşaya və Qəbələyə getmək istərdim. Amma daha çox xaricə getmək istərdim".
Şəhər sakini Nərminə Cabbarova: "Bu yay Moskvada keçirməyi planlaşdırıram. İyulun sonu Moskvada olacağam, avqustda isə İtaliya və ya Gürcüstana getməyi düşünürəm. Tətil üçün büdcəni valideyinlərim ayırır. Əlavə olaraq getmək istədiyim ölkə İspaniya olardı. Bir ilə düşünürəm ki, İspaniyaya gedərəm".
Şəhər sakini Zeynəb Cəfərzadə: "Yay tətilində daha çox özümü inkişaf etdirməkdir məqsədim. Könüllülük proqramlarına qoşulmuşam. Azərbaycan beynəlxalq bankının rəqəmsal maarifləndirici təcrübə proqramına qoşulmuşam. 7 iyuldan artıq orada təcrübəyə başlayacağam. Hal-hazırda Formula 1 yarışlarının müsahibəsinə gedirəm. Özümü daha da təkmilləşdirmək və inkişaf etdirmək istəyirəm. İstirahət planlamıram amma bir həftəlik bölgələrdən birində dincəlməyi düşünürəm. Tətil üçün büdcəni isə ailəm ayrır".
Şəhər sakini Aydan Quliyeva: "Mən tələbəyəm pedoqoji universitetdə oxuyuram. Bu tətili ailəmlə birlikdə Qəbələdə keçirəcəyəm. Büdcəni ailəm ayırır. Tətil üçün bölgələrimizdən Şuşaya getmək istərdim. Oranı görmək istərdim. Düşünürəm ki, gələcəkdə ailəmlə birlikdə oraya da gedərəm".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB