Sürücünün avtomobili ilə heyvan vurması zamanı dəymiş zərəri kim ödəməlidir? -HÜQUQŞÜNAS DANIŞDI

Sürücünün avtomobili ilə heyvan vurması zamanı dəymiş zərəri kim ödəməlidir? -HÜQUQŞÜNAS DANIŞDI

“Yollarda hərəkət zamanı maşınla heyvan vurmağa görə məsələ Mülki Məcəllə ilə tənzimlənir. Əgər qəsdən vurulma olmayıbsa, hər hansı bir tərəfin cinayət və ya inzibati məsuliyyəti yoxdur”.

Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə , bu sözləri SİA -ya açıqlamasında Azərbaycan Respublikasının Yol haqqında Qanun 39-cu maddəsində deyilir ki, Mal-qara ötürənlərin vəzifələri
Mal-qara ötürənlər:
1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər;
2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər;
3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər.
Yollarda xüsusi mal-qara keçidləri ola bilər. Həmin keçidlər də mal-qaranı yolun bir tərəfindən digər tərəfinə keçirmək üçün nəzərdə tutulub. Əgər heyvanlar çox olarsa, onları yolun kənarına kiçik qruplar vasitəsilə keçirilməlidir. Həmçinin, nəqliyyat vasitələrinə işarə verilməlidir. Yoxsa mal-qaranı yolun ortası ilə aparmaq qadağandır.
Yəni, əgər biz avtomobil idarə edərkən, qarşımıza hər hansı bir qoyun, hər hansı bir inək çıxdığı zaman biz maşınla heyvanı vurmağa görə, heyvan sahibi aşkarlandığı halda mütləq qaydada həmin avtomobilə dəymiş zərər Mülki Məcəllənin 1110-cu maddəsinə uyğun olaraq heyvanın sahibi tərəfindən qarşılanır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə görə isə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarətsiz qalması, itməsi və ya qaçması arasında heç bir fərq yoxdur. Əgər heyvan sahibi 3-cü şəxslərə vurulan zərərlərə görə önləyici tədbirlər alırsa, zəruri tədbir görürsə bu zaman zərərin əvəzinə ödənilməsi məsələsi tətbiq edilmir.
Mülki Məcəllənin 177-ci maddəsinə görə, təbii fəlakət və ya təsadüfü hadisələr nəticəsində özgənin torpaq sahəsinə və yaxud özgənin ərazisinə keçirsə, hər hansı bir səbəbdən hansısa bir heyvan aşkarlanırsa bu itirilmiş heyvan statusu almış bir heyvandır. Onu tapan şəxs həmin heyvanı saxlamaq hüququna malikdir. Həmin heyvanın sahibi heyvanı tələb etdikdə həmin şəxs ona dəymiş zərəri tələb etmək hüququna malikdir. Zərər ödənilmədikdə isə həmin heyvanı özünün mülkiyyətində saxlamaq hüququna malikdir.
Əgər mal-qara sahibi könüllü ödəmə etməzsə həmin avtomobilə dəymiş zərər mütləq şəkildə Dövlət Yol Polisi tərəfindən rəsmiləşdirilməlidir. Zərərin məbləği müəyyən olunur və şəxs bununla bağlı müvafiq məhkəmə instansiyasına müraciət etməklə ona dəymiş zərəri heyvanın sahibindən tələb edə bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə