YAP Nizami rayon təşkilatının fəalları, gəncləri və könüllüləri Qarabağa səfər ediblər - FOTOLAR

YAP Nizami rayon təşkilatının fəalları, gəncləri və könüllüləri Qarabağa səfər ediblər - FOTOLAR

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirdiyi “Tarixi irs: memarlıq nümunələrinə retrospektiv baxış” layihəsi çərçivəsində rayon təşkilatının fəalları, gəncləri və könüllüləri Qarabağda səfərdə olublar.

SİA xəbər verir ki, rayon təşkilatının “Heydər Əliyev Məktəbi”nin, “Gənc liderlər məktəbi” liderlik, natiqlik, fərdi inkişaf və kollektiv fəaliyyət, “Gənclərin siyasət və analitika mərkəzi” siyasi, strateji, ictimai və geosiyasi proseslərin təhlili və “Lider qadınlar platforması” kommunikasiya və konseptual tətbiq layihələrinin ümumilikdə 150 nəfərə qədər iştirakçısı əvvəlcə Xankəndidə Zəfər meydanını ziyarət ediblər.

Onlara şəhərin tarixindən, mövcud vəziyyətindən, sosial və mədəni həyatından bəhs edilib. Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən bərpa işləri və inkişaf perspektivləri diqqətə çatdırılıb.

Sonra Qarabağ Universiteti, Zəfər parkı ilə tanışlıq olub.

Daha sonra Nizami rayon ictimaiyyəti Xankəndidən Şuşa şəhərinə gəlib. Burada Cıdır düzü, Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi, güllələnmiş heykəllər, X.Natəvanın evi, Şuşa qalası, Gəncə qapısı və İsa bulağını ziyarət ediblər. Onlara şəhərin tarixi və Şuşada Azərbaycan mədəni irsinə qarşı erməni vandalizmi haqqında danışılıb, şəhərdə aparılan sürətli bərpa və yenidənqurma işləri ilə tanışlıq olub.

Səfər layihə iştirakçılarında yüksək təəssürat yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə