Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi iyulun 3- ü Xankəndi Konqres Mərkəzində növbəti əmək yarmarkası keçirəcək.
SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Tədbirdə işaxtaran şəxslərə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə dövlət və özəl sektoru təmsil edən 20 müəssisə tərəfindən mühəndis-mexanik, çilingər-santexnik, SƏTƏM mütəxəssisi, avtoçilingər, elektrik qaz qaynaqçısı, xəzinədar-əməliyyatçı, sürücü, çörəkçi, aşpaz, dərzi, anbardar, mebel dizayneri, satıcı, əczaçı, qazanxana operatoru, tikişçi və s. peşələr üzrə 120-dən çox vakansiya təqdim ediləcək.
Yarmarkaya gələnlərə Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumat veriləcək.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB