...Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud dünyanın hər yerindən 1000 Ümrə zəvvarını öz hesabına qəbul etmək barədə fərman imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu təşəbbüs İslam İşləri, Dəvət və İrşad Nazirliyi tərəfindən həyata keçirilən "İki Müqəddəs Məscidin Xadimi üçün Qonaq Proqramı"nın bir hissəsidir.
Proqramın hicri təqvimi ilə 1448-ci ildə dörd mərhələdə həyata keçirilməsi planlaşdırılır.
İlk mərhələnin bir hissəsi olaraq 16 Asiya ölkəsindən 250 zəvvardan ibarət qrup artıq Səudiyyə Ərəbistanına gəlib. Onların arasında İndoneziya, Malayziya, Filippin, Çin, Yaponiya, Cənubi Koreya və Kamboca, Vyetnam, Sinqapur və Monqolustan kimi digər ölkələrdən nümayəndələr var.
Səudiyyə Ərəbistanının İslam İşləri Naziri Şeyx Əbdüllətif Əl Şeyx qeyd edib ki, bu təşəbbüs Krallığın müsəlman xalqları arasında qardaşlıq əlaqələrini gücləndirmək öhdəliyini və dünyanın hər yerindəki alimlər və din xadimləri ilə ünsiyyət körpüləri qurmaq kimi humanitar missiyasını əks etdirir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB