Muxtar Babayev Londonda Antonio Quterreşlə görüşüb

Muxtar Babayev Londonda Antonio Quterreşlə görüşüb

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Londonda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb. SİA xəbər verir ki, M.Babayev bu barədə X sosial şəbəkə hesabında yazıb. "London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüşməkdən məmnunam", - o bildirib.

Görüşdə COP29 nəticələrinin icrası, COP31-ə hazırlıq müzakirə edilib. "İqlim öhdəliklərini konkret nəticələrə çevirmək üçün metan emissiyalarının azaldılmasının sürətləndirilməsi, iqlim maliyyəsinin miqyasının artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq", - M.babayev əlavə edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə