Şabranda əmək yarmarkası:100 boş iş yeri, 900 manatadək maaş

Şabranda əmək yarmarkası:100 boş iş yeri, 900 manatadək maaş

Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının təşkilatçılığı ilə Şabranda keçirilən əmək yarmarkasında işaxtaranlara 100 boş iş yeri təklif olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 14 işəgötürən tərəfindən təklif edilən işlərdə əməkhaqqı 400-900 manat aralığında olub.

Təklif edilən iş yerləri əsasən hüquq və insan resursları şöbəsinə şöbə rəisi, informasiya texnologiyaları üzrə mühəndis, emal qurğularının istismarı sahəsində mühəndis texnoloq, satış nümayəndəsi, kassir, anbardar, nəzarətçi, fəhlə və digər peşə və ixtisaslar üzrə olub.

Tədbirin təşkil edilməsində məqsəd işəgötürənlərlə işsiz və işaxtaranların birbaşa görüşünü təşkil etməklə, vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin etməkdir.

Şabrandakı Zərifə Əliyeva adına parkda təşkil olunan yarmarkada işəgötürənin nümayəndələri tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə iştirakçılara ətraflı məlumat verilib.

Filial tərəfindən təqdim olunan vakansiyalara dair tələblər təhlil edilərək işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 500-dən çox vətəndaşla iş aparılıb. Tədbir zamanı 205 vətəndaşın müraciəti qeydə alınıb.

İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Yarmarkada işsiz və işaxtaran şəxsləri peşə seçiminə istiqamətləndirilməklə yanaşı, onlara karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilib, peşə seçimi, peşə hazırlığı, haqqıödənilən ictimai işlərə cəlb edilmə və digər məşğulluq tədbirlərindən yararlanmaq istəyən şəxslərə məşğulluğunun təmin olunması istiqamətində peşəyönümü məsləhət xidmətləri göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə