Sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir

Sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir

Azərbaycanda iyunun 26-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-23°, gündüz 26-31° isti olacağı ehtimal edilir.

Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-22°, gündüz 28-33° isti, dağlarda gecə 9-14°, gündüz 17-22°, bəzi yerlərdə 24-26° isti olacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə