İnklüziv çimərliklər: Yay istirahəti hər kəs üçün əlçatan olmalıdır - MÖVQE BİLDİRİLDİ
Son illər dünyada fiziki məhdudiyyətli şəxslər, əlilliyi olan insanlar, eləcə də psixoloji və ruhi sağlamlıq problemləri ilə yaşayan şəxslərin sayı artmaqdadır. Müxtəlif beynəlxalq statistikalar göstərir ki, yüz milyonlarla insan bu və ya digər formada fiziki və ya psixoloji məhdudiyyətlərlə yaşayır. Eyni zamanda anadangəlmə xəstəliklər, şəkərli diabet, ürək-damar xəstəlikləri və digər ciddi sağlamlıq problemləri ilə mübarizə aparan çoxsaylı insanlar var.
.jpg)
Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik eksperti Aydın xan Əbilov deyib.
O bildirib ki, bu vəziyyət dünya miqyasında inklüziv cəmiyyət anlayışının daha da güclənməsinə səbəb olub. Xüsusilə son onilliklərdə fiziki məhdudiyyətli şəxslərin təhsil, məşğulluq, istirahət və ictimai həyata inteqrasiyası istiqamətində mühüm addımlar atılıb. Beynəlxalq konvensiyalar qəbul edilib, milli qanunvericiliklər təkmilləşdirilib və əlçatan mühitin yaradılması prioritet məsələlərdən birinə çevrilib:
“Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülür. Bakıda və regionlarda inklüzivliyin artırılması məqsədilə müxtəlif layihələr həyata keçirilir. İctimai binalarda panduslar, sosial liftlər, xüsusi keçidlər və digər infrastruktur elementləri yaradılır ki, fiziki məhdudiyyətli şəxslər gündəlik həyatlarını daha rahat qura bilsinlər.
Bu yanaşma yalnız şəhər infrastrukturu ilə məhdudlaşmamalıdır. Yay mövsümündə insanların istirahət imkanlarının genişləndirilməsi də vacib məsələlərdəndir. Xüsusilə yaşlılar, fiziki məhdudiyyətli şəxslər, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və xəstələr üçün çimərliklərdə və istirahət zonalarında xüsusi şərait yaradılmalıdır.
Sevindirici haldır ki, son illərdə bu istiqamətdə müəyyən addımlar atılıb. Müxtəlif ictimai çimərliklər istifadəyə verilib, əlçatanlıq imkanları genişləndirilib. Eyni zamanda sosial layihələr çərçivəsində qadınların, uşaqların və xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə inteqrasiyasına xidmət edən təşəbbüslər həyata keçirilir.
Düşünürəm ki, gələcəkdə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkəti və istirahəti üçün daha geniş imkanlar yaradılmalıdır. Xüsusilə çimərliklərdə, parklarda və istirahət mərkəzlərində onların ehtiyaclarına uyğun infrastrukturun qurulmasına ehtiyac var. Bu, həm onların sosial həyata daha fəal qoşulmasına, həm də özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələrinə imkan yaradar.
Azərbaycan cəmiyyəti tarixən ehtiyacı olan insanlara dəstək göstərən, sosial həmrəyliyi yüksək olan bir cəmiyyət kimi tanınıb. Bu ənənənin davam etdirilməsi və inklüziv yanaşmanın daha da genişləndirilməsi həm dövlət qurumlarının, həm özəl sektorun, həm də vətəndaş cəmiyyətinin birgə səylərini tələb edir.
Bu gün fiziki məhdudiyyət artıq insanın cəmiyyətdən təcrid olunması anlamına gəlmir. Dünyada əlil arabasında olan şəxslər üçün müxtəlif idman yarışları, sosial və mədəni tədbirlər təşkil edilir. Azərbaycanda da bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması mühüm əhəmiyyət daşıyır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB