Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - YENILƏNİB/FOTOLAR

Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - YENILƏNİB/FOTOLAR

İyunun 25-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Azərbaycan Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib.

SİA xəbər verir ki, aksiyada dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də müxtəlif dövlət qurumlarını təmsil edən 100-dək könüllü və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qanvermə aksiyasının keçirilməsində əsas məqsəd Aşura ilə bağlı bəzi yanlış təsəvvür və adətlərin aradan qaldırılmasına, bu günün mahiyyətinin düzgün izahına, dini mərasimlərin xeyirxahlıq, yardımlaşma və insanpərvərlik dəyərləri əsasında təşviqinə töhfə vermək, eyni zamanda sosial məsuliyyət hissini gücləndirmək olub.

Aksiya zamanı toplanan qanların hemofiliya, talassemiya və digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunması üçün Respublika Qan Bankına təhvil verildiyi bildirilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə