“Aşura gününün mahiyyətinə uyğun davranış qanvermə aksiyalarında iştirak etməkdir” - Elnur Mustafayev
“Qanvermə aksiyalarının keçirilməsi artıq ənənəvi hal alıb. Aksiyada verilən qanlar ehtiyacı olan insanlara yönəldilir. Bu da Aşura gününün mahiyyəti ilə vəhdət təşkil edir”.
SİA xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın sədri Elnur Mustafayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Aşura gününün əsas fəlsəfəsi insanlara yardım etmək, xeyirxahlıq göstərmək və bəşəri dəyərləri yaşatmaqdan ibarətdir. Bu baxımdan qanvermə aksiyaları həmin dəyərlərin praktik təzahürü hesab oluna bilər.
Elnur Mustafayev qeyd edib ki, Aşura günü bədənə xəsarət yetirmək və milli-mənəvi dəyərlərimizə zidd davranışlar sərgiləmək doğru yanaşma deyil. Onun sözlərinə görə, bu cür hərəkətlər Kərbəla hadisələrinin mahiyyəti ilə ziddiyyət təşkil edir.
İctimai Şuranın sədri vurğulayıb ki, Aşura gününün fəlsəfəsində humanizm, mərhəmət, yardımlaşma və yüksək mənəvi dəyərlər dayanır. Məhz buna görə də insanların qanvermə aksiyalarında iştirak etməsi, ehtiyacı olan şəxslərə dəstək göstərməsi bu günün ruhuna daha uyğun davranış formasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB