Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur.

SİA xəbər verir ki, bu münasibətlə iyunun 22-də Dövlət Komitəsinin, komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun, Azərbaycan İlahiyyat İnstitutunun, Bakı İlahiyyat Kollecinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə