Xaçın çayda suyun səviyyəsi artıb - TƏHLÜKƏ

Xaçın çayda suyun səviyyəsi artıb - TƏHLÜKƏ

Ağdamda Xaçınçaydan keçən sel suları yaşayış məntəqəsinə təhlükə yaradıb. Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Xaçınçayında suyun səviyyəsi yüksəlib. Sel suları Ağdamın Xaçınçay qəsəbəsini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsini yuyub, yaşayış evləri üçün təhlükə yaradıb. Həmçinin sel nəticəsində qaz xəttinə də ziyan dəyib.

Hazırda əraziyə aidiyyəti qurumların texnika və canlı qüvvəsi cəlb olunub, təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə