Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Kraudfandinq haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
SİA xəbər verir ki, sənəd səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.
Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.
Kraudfandinq fəaliyyəti bu qanunla yanaşı, ölkə Konstitusiyası, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Mülki Məcəllə, bu Qanun, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunlar, digər normativ hüquqi aktlar, habelə Azərbaycan Mərkəzi Bankının bunlara uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktları ilə tənzimlənir.
Qanun dövlətin investisiya siyasətini həyata keçirmək məqsədilə dövlət tərəfindən yaradılmış hüquqi şəxslər və onların təsis etdiyi qurumlara şamil olunmur.
Ələt azad iqtisadi zonasında kraudfandinqlə bağlı münasibətlər "Ələt Azad iqtisadi zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir.
Xəbər lenti
Generalların sui-qəsdi...
Dünya 20:29“Bu dəfə daha dağıdıcı olacaq...”
Dünya 20:08İnsan beyni bir çox sirr saxlayır…
Səhiyyə 19:27Ədəbiyyat Muzeyində yeni ekspozisiya
Təhsil 19:17Rusiyada inqilabdan danışmağa başlayıblar...
Dünya 18:51Səfər ayı...
Sosial 18:29Nəsillər: X-dən Alfaya-dək
Sosial 17:45Əli Əsədov Arnout Damen ilə görüşüb...
Siyasət 17:37Fransa Rusiyanı kibercasusluqda ittiham edib
Dünya 17:27AQTA: Heyvanların identifikasiyası nə üçün vacibdir?
Hadisə 16:50AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva ilə MÜSAHİBƏ
Təhsil 14:54S-400-lərdən necə qurtulmalı?
Rəy 14:43Sabah Bakıda güclü külək əsəcək
Hadisə 14:33Şeyxülislam Allahşükür Paşazadə Anqolaya səfər edir
Siyasət 13:55Kiyev İrana cavab verdi
Dünya 13:41ABŞn Beynəlxalq Kosmik Stansiyanı sökəcək - Rubio
Siyasət 13:39Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq
Hadisə 13:10Unudulmaqdan qorxan cəmiyyət - KÖŞƏ
Sosial 11:54Bakıda 172 nömrəli marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
İqtisadiyyat 11:45Ötən gün narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib
Hadisə 11:37İlham Əliyev Emmanuel Makronu təbrik edib
Siyasət 11:18"Şuşa qlobal əməkdaşlıq məkanına çevrilib" - ŞƏRH
Siyasət 10:32Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb
İqtisadiyyat 09:46Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9365
-0,11%
-
GBP
2,2711
-0,19%
-
RUB
2,2157
+0,10%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



